• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Zərdabi mükafatı laureatları bəlli oldu - SİYAHI

MEDİA

17 Iyul 2024 | 15:58

Zərdabi mükafatı laureatları bəlli oldu - SİYAHI

Ölkə mətbuatında, teleradioda, eləcə də, elektron mediada çalışan və peşəkarlıqları ilə fərqlənən bir qrup jurnalist 2024-cü il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Jurnalistlər Birliyindən bildirilib.

Məlumata görə, Müsəllim Həsənov "XX yüzillik. Faktlar, hadisələr və insanlar” televiziya layihəsinə, Zöhrə Əliyeva Çağdaş mədəniyyətimizə həsr edilən müəllif yazılarına, Nadir Məmmədli Mətbuatda Ana dilinin problemləri ilə bağlı aktual yazı və çıxışlarına görə Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib.

Mükafata layiq görülənlər arasında, regionda aparılan böyük quruculuq işlərindən bəhs edən məqalələrinə görə AJB Şərqi Zəngəzur təşkilatının sədri Qafqaz Əvəzoğlu, "On yeddi illik mücadilə; Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı. 1920-1037" ve "Erməni terroru və Qriqoryan kilsəsi" kitablarının müəllifi, "Xalq qəzeti”nin müxbiri Anar Turan və mətbuatda ölkənin ictimai-siyasi həyatının mühüm aspektlərini işıqlandıran yazılarına görə, "Yeni Müsavat" Media Qrupun əməkdaşı Elşad Paşasoy da var.

Qeyd edək ki, Həsən bəy Zərdabi mükafatlarının təqdimat mərasimi 19 iyul, saat 13.00-da Atatürk Mərkəzində keçiriləcək.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR