Millətlər Liqasının noyabr oyunları ərəfəsində yığmaların canlı FİFA reytinqindəki mövqeləri bəlli olub.
Bakıvaxtı.az idman.biz-ə istinadla FİFA-nın son cədvəlində 118-ci olan Fernandu Santuşun yetirmələri bir addım irəliləyib. Buna Zimbabve yığması səbəb olub.
Afrika təmsilçisi aldığı ardıcıl məğlubiyyətlərlə 6,40 xal itirib. Zimbabvenin 117-ci yerdən 120-ci pilləyə yuvarlanması isə millimizi sevindirib.
Qeyd edək ki, FİFA rəsmi reytinq siyahısını noyabrın 28-də açıqlayacaq.