• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Ukrayna FIFA və UEFA-ya etiraz notası göndərdi

İDMAN

13 Dekabr 2024 | 23:16

Ukrayna FIFA və UEFA-ya etiraz notası göndərdi

Ukrayna Futbol Federasiyası FIFA və UEFA-ya etiraz notası göndərib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.

Teleyayım zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsindən sonra bu ölkənin yığması beynəlxalq yarışlardan kənarlaşdırılıb.


SON XƏBƏRLƏR