Almaniya təmsilçisi "Bavariya"nın qapıçısı Manuel Noyer klubla olan müqavilə müddətini artıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sport 1" kanalına açıqlamasında 38 yaşlı qolkiper özü məlumat verib.
O, qarşıdakı illərdə də münhenlilərin şərəfini qorumaq istədiyini bildirib.
Qeyd edək ki, Manuel Noyerin "Bavariya" ilə olan sözləşməsi bu ilin iyun ayında başa çatacaq.