• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Qarabağ" növbəti oyununu keçirəcək

İDMAN

11 Fevral 2025 | 09:11

"Qarabağ" növbəti oyununu keçirəcək

"Qarabağ" Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXII turda "Səbail"lə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi 50 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
III dövrə, XXII tur

11 fevral
19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026