Əfsanəvi sabiq futbolçu Ronaldo Nazario Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədlikdən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrində paylaşım edib:
"27 federasiya ilə ilkin əlaqədən sonra başa düşdüm ki, onlardan 23-nün qapıları mənim üçün bağlıdır. Federasiya məni qəbul etməkdən imtina etdi. Dedilər ki, hazırkı administrasiyadan razıdırlar. Mən öz layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim ki, məni istədiyim kimi başa düşsünlər. Rəhbərlər çoxusu hazırkı prezidentdən razıdırlar. Bu, onların haqqıdır və mən buna hörmətlə yanaşıram".
Qeyd edək ki, sözügedən qurumun rəhbəri üçün seçkilər 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.
Xatırladaq ki, Ronaldo Nazario 1994-cü ildən 2011-ci ilə qədər Braziliya millisində çıxış edib. O, yığmanın heyətində 2 dəfə dünya çempionu olub. Sabiq hücumçu karyerası ərzində "Barselona", "İnter", "Real", "Milan", PSV, "Kruzeyro" və "Korintians" kimi komandalarda oynayıb və 2 dəfə "Qızıl Top"un qalibi olub./qol.az