Türkiyə Super Liqasında çıxış edən "Konyaspor"a FIFA sərt qərar verib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kluba transfer qadağası qoyulub.
Sözügedən qərar növbəti 3 transfer dönəmini əhatə edəcək.
Onu da bildirək ki, "Konyaspor" klubu ölkə çempionatında 29 turdan sonra 34 xalla 12-ci pilləni tutur./Milli.az