Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Tatyana Deniskinanın rəhbərlik etdiyi qızlardan ibarət komanda 1/4 finalda Çin basketbolçuları ilə qarşılaşıb. Görüş rəqibin 7:21 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Asiya təmsilçisi növbəti raunda vəsiqə qazanıb.
Kişi komandamız isə Kosta-Rika basketbolçularını məğlub edib (16:15) və 1/4 finala yüksəlib.