• Bakı 30° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

PSJ-nin hücumçusu "Barselona"da çıxış edə bilər

İDMAN

11 Fevral 2025 | 12:18

PSJ-nin hücumçusu Barselonada çıxış edə bilər

Fransanın PSJ klubunun hücumçusu Bredli Barkola karyerasını "Barselona"da (İspaniya) davam etdirə bilər.

Bakıvaxtı.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı fransalı oyunçunu satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir.

Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, B.Barkola cari mövsüm PSJ-nin heyətində meydana çıxdığı 33 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" hücumçunun dəyərini 65 milyon avro qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026