• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

“Neftçi”  650-ci səfər qolunu vurub

İDMAN

11 Fevral 2025 | 10:12

“Neftçi”  650-ci səfər qolunu vurub

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.

O, Misli Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb.

2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.

Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.


SON XƏBƏRLƏR

18 Aprel 2025