• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taekvondo millimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

İDMAN

10 Fevral 2025 | 20:40 | Müəllif: Subhan Mahmudov

Taekvondo millimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın gənclərdən ibarət taekvondo millisi Türkiyənin Antalya şəhərində “Turkish Open” beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) Bakıvaxtı.az-a verilən məlumata görə, yarışda ölkəmizi baş məşqçi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.

Gənclərin yarışlar fevralın 13-14-də baş tutacaq.

Qeyd edək ki, yığma ilə birgə turnirə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də yollanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026