"Turan Tovuz" klubunun ayağı sınan futbolçusu Denis Marandiç təxminən üç ay sonra məşqlərə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağızadə bildirib.
"Denis Marandiçin sağalma prosesi təxminən üç ay davam edəcək. Bu müddət ərzində futbolçu ayağını yerə qoya bilməz. Marandiç bu müddət ərzində çəliklə gəzəcək. O, həmin period başa çatdıqdan sonra bərpa prosesinə başlayacaq. Daha sonra müalicəsinə yüngül hərəkətlərlə davam ediləcək", - S.Tağızadə deyib.
Mətbuat katibinin sözlərinə görə, futbolçu təxminən mart ayında komandanın düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, "Turan Tovuz" klubunun futbolçusu Denis Marandiç Azərbaycan Kubokunun 1/8 finalının "Sabah"la oyununda Pavol Safranko ilə mübarizə zamanı ayağı sındığı üçün meydanı tərk edib.