• Bakı 29° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

"Zirə" Türkiyədə növbəti yoxlama matçına çıxacaq

İDMAN

15 Iyul 2025 | 10:45

Zirə Türkiyədə növbəti yoxlama matçına çıxacaq

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi "Çorum"la üz-üzə gələcək.

Görüş Fanatik Tur Meydançalarında, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.


SON XƏBƏRLƏR