• Bakı 15° C

    15.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

“Zırpaket mövsümü” başlayır - Nazirlikdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

22 Noyabr 2022 | 13:48

“Zırpaket mövsümü” başlayır - Nazirlikdən XƏBƏRDARLIQ

Yeni il bayramının yaxınlaşması ilə bərabər uşaqlar səbirsizliklə pirotexnik vasitələrin satışını gözləyir. Bu vasitələr onlar üçün əyləncə sayılsa da, həm özləri, həm də ətrafdakılara təhlükə yarada bilər.

Qeyd edək ki, içərisində partlayıcı maddə olan əyləncə xarakteri daşıyan məhsulların satışı qadağan edilməyinə baxmayaraq, hər il bayramqabağı satışına rast gəlinir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir: “Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək”.

N.Əliyevin sözlərinə görə, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə AR ixm 442-Cİ Maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Aytac Aslan

 


SON XƏBƏRLƏR

25 Oktyabr 2025