• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ələkrəm Hümmətov öldü

CƏMİYYƏT

22 Dekabr 2022 | 13:36 | Müəllif: Qalib İbrahimoğlu

Ələkrəm Hümmətov öldü

Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən Ələkrəm Hümmətov dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Məlumata görə, Hollandiyada xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR