• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şairə Solmaz Şirvanlı vəfat etdi

CƏMİYYƏT

21 Yanvar 2023 | 00:11

Şairə Solmaz Şirvanlı vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda şair Yusif Nazim Ərəbsoy özünün Feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu "Cavanşir yurdu" rayon qəzetində çalışıb.

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri "Yeni Şirvan" qəzetində çap olunub.

"Tanrım mənə qəm qıyıb" (2002) və "Duyğu çiçəkləri" (2018) adlı şeirlər kitablarının müəllifidir.

Onun şeirləri "ZİRVƏ" Poeziya antologiyasında (2015-2020), "Sazlı-sözlü Borçalı" (2018-2020) və "Canım Azərbaycanım" (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026