• Bakı 16° C

    2.11 m/s

Bakıda yeni bulvar salınacaq

CƏMİYYƏT

21 Yanvar 2023 | 11:27

Bakıda yeni bulvar salınacaq

Paytaxt Bakıda Qanlıgöl gölünün ətrafında bulvar salınması üçün abadlıq işləri aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Yasamal rayon sakini verib.

Bülbülə gölünün ardınca, Qanlıgölün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. Hazırda ərazidə torpaq işləri görülür. Burada geniş və yaşıllıqlarla əhatəli park, həmçinin gölün sahili boyunca bulvarın salınması nəzərdə tutulub.

Qeyd edək ki, Qanlıgölün yaxınlığında Yasamal Yaşayış Kompleksi yerləşir. Kompleksin sakinləri “Zefir Mall” ticarət mərkəzinin arxasındakı meşəlik ərazinin də parka çevrilməsi üçün çalışırlar.

Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və başqa dövlət orqanlarına davamlı çağırışlar edən sakinlər, bu günlərdə Nazirlər Kabinetinə də müraciət göndəriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026