• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

FHN əməkdaşlarının zəhərlənməsilə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

20 Fevral 2023 | 10:19

FHN əməkdaşlarının zəhərlənməsilə bağlı RƏSMİ AÇIQLAMA

Ötən gün axşam saatlarında Sabirabadın Axtaçı Muğan kəndində yerləşən pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, pambıq zavodunda yanğın söndürülən zaman FHN-nin tüstüdən zəhərlənən əməkdaşları bunlardır: Güləliyev Arif Elçin oğlu - 1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu (1999), İsayev Şamo Şakir oğlu (1990), Ağayev Elman Telman oğlu (1982), Axundzadə Nurlan Aydın oğlu (1991), Səmədov Rail Əflan oğlu (1982), Abdullayev Vüqar Əkbər oğlu (1988), Qubadov Vüsal Ramiz oğlu (1981), Teymurov Anar Şahin oğlu (1988), Nağıyev Əlimövsüm Adil oğlu (1982), Ağayev Ələsgər Möhlət oğlu (1984), Zeynalov Kənan Lazım oğlu (1995), Əliyev Murad Həsənağa oğlu (1986), Əsgərov Səftər Qəhrəman oğlu (1991), Vəliyev Rəşad Nəbi oğlu (1982), Zeynalov Şəmistan Namiq oğlu (1993), habelə Neftçala sakini Həbibov Tərlan Adbalaoğlu (1991), Hacıqabul sakini Rəhimov Feyruz Firuz oğludur (1983).

Məlumata əsasən, tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra onların əksəriyyəti ambulator müalicəyə buraxılıb.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, hadisə zamanı FHN əməkdaşları arasından zəhərlənən və xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026