Artıq Azərbaycana qış fəsli daxil olub. İstəsək də, istəməsək də, bizi qarşıda təbiətin şıltaqlığı gözləyir. Qarlı-boranlı, şaxtalı-küləkli günlər qış fəslinin gözəlliyidir. Amma qışda kommunal xidmətlərdə yaranan problemlər də qaçılmaz olur.
Azərbaycan qışa hazırdırmı?
Bakıvaxtı.az elə bu sualla da dövlət qurumlarına müraciət edib.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev:
- İlin bütün fəsillərində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bir məqsədi var, o da qışa hazırlıqdır. Biz qışa 1-2 ay qalmış hərəkətə keçmirik. Bütün aylar qışa hədəflənib ki, abonentlər davamlı və təhlükəsiz mavi yanacaqla təmin olunsun. Bunun üçün yeraltı keçən boru xətlərini isti havalarda yerin üzərinə qaldırılmasını həyata keçirmişik. Həmçinin, korroziyaya uğramış boru xətlərini yenisi ilə əvəz etmişik. Bütün boru xətlərinin boyanması prosesini həyata keçirmişik ki, qarlı, yağışlı, boranlı havalarda hər hansı sızma olub fəsadlara yol açmasın.
Ərazilərdə neqativ və nöqsanlar olan nöqtələrdə sızmalar müşahidə olunur. Həmin sızmaların aradan qaldırılmasını həyata keçirmişik ki, qış aylarında qaz verdikdə hansısa zəif nöqtədən sızma baş verməsin. Təbii ki, bütün bu proseslərin hamısı davamlı olaraq həyata keçirilir. Bu o demək deyil ki, biz bunu yayda qışa görə etmişik və bundan sonra olmayacaq. Ola bilər, lokal və ya fərdi qaydada kiminsə qazında problem olsun. Bunu da istər sosial şəbəkə üzərindən, istər “104” çağrı mərkəzinə zəng edərək, istərsə də ərazidə olan SOCAR “Azəriqaz” İstehsalat Birliyi İdarəsinə müraciət edərək bildirə bilərlər. Müraciətlər olduqda dərhal xırda nöqsanların aradan qaldırılmasını həyata keçiririk ki, soyuq hava şəraitində vətəndaşlarımız qazla təmin olunsun.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu:
-“Azərişıq” ASC qış mövsümündə istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirləri həyata keçirib. Hazırlıqla bağlı öncədən komissiyas yaradılıb, Elektrik Şəbəkələri üzrə “Tədbirlər Planı” tərtib olunub. 2500-dən artıq müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, 6500 km-a yaxın elektrik veriliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb”.
Bakıda və regionlarda 100-dən çox müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb, 440 km-dən artıq müxtəlif gərginlikli kabel və hava xətləri çəkilib.
Ölkə üzrə bütün elektrik şəbəkələr qış üçün material və avadanlıq ehtiyatı ilə, həmçinin maşın mexanizmlə təmin olunub. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cabrayıllı:
- Artıq həm içməli su təchizatı, həm də kanalizasiya sistemlərində magistral xətlər, hidrotexniki qurğuları yoxlanılır, kanalizasiya kollektorları yuyulub təmizlənir, nasoslar işlək vəziyyətə gətirilir, təmirə ehtiyac varsa, sazlanma işləri aparılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sentyabr-oktyabr aylarından bu işlərin böyük bir əksəriyyətini görüb, bu gün də davam edir.
Deyə bilərik ki, “Azərsu” ASC həm içməli su, həm də kanalizasiya sahəsi üzrə qışa hazırdır. Hidrotexniki qurğular, kanalizasiya kollektorları, nasos stansiyaları – hamısı işlək vəziyyətdədir. Manitorinqlər nəticəsində artıq yaya hazırlıq proqramımızı da hazırlayırıq. Qış aylarında magistral kəmərlər üzərində təmir-bərpa işləri aparılır, siyirtmələrin, xətlərin təmiri həyata keçirilir. Həmçinin, dəyişdirilməsi lazım olan hissələr müəyyənləşdiriıir və may ayına qədər bu işlər həyata keçirilir.
Aytac Aslan




jpg-1673070411jpg-1673247265jpg-1673331047jpg-1673848331jpg-1673933791jpg-1674026583jpg-1674197739jpg-1674279892.webp)











