Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, o, "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.