• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zurabişvili qanun layihəsinə VETO QOYDU

DÜNYA

18 Aprel 2024 | 15:07

Zurabişvili qanun layihəsinə VETO QOYDU

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində partiyaların proporsional siyahılarında olan qadınlar üçün kvotaların ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub.

Bakıvaxtı.az Gürcüstan mediasına istinadən xəbər verir ki, layihə qanunverici orqana geri qaytarılıb.

Bundan əvvəl parlament partiya siyahıları üzrə hər 4 namizədin ən azı birinin qadın olması mexanizmini ləğv edib.

Hakim “Gürcü Arzusu” Partiyası Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri vəzifəsinə Giorgi Kalandarişvilinin namizədliyini dəstəkləmək müqabilində Girçi Partiyasının təşəbbüsünü dəstəkləməyə razılaşıb.

Qeyd edək ki, prezident qalmaqallı "xarici agentlər" qanununu da veto edəcəyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026