Ukrayna prezidenti Vladimir Zelenski Parisdə keçirilən Olimpiya Oyunları zamanı Fransa prezidenti Emmanuel Makronun Olimpiya atəşkəs çağırışını rədd edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Zelenski bunun Rusiya ordusunun Ukraynaya qoşun və texnika köçürməsinə kömək edə biləcəyini deyib.
“Rusiya Federasiyasının bu müddətdən istifadə edərək ərazimizə qoşun yeritməyəcəyinə kim zəmanət verə bilər”.
Mina Mikayılova
















