• Bakı 29° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8509

    RUB - 0.0193

Zaxarova müxbirin ölümünü şərh etdi

DÜNYA

17 Iyun 2024 | 00:31

Zaxarova müxbirin ölümünü şərh etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkənin "News.ru" portalının müxbiri Nikita Sitsaginin ölümündə Ukrayna hərbçilərini ittiham edərək onların bunu qəsdən etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsünün "rusiyalı hərbi müxbir N. Sitsaginin qətli ilə bağlı" şərhində qeyd olunub.

"İyunun 16-da Kiyev rejiminin silahlı birləşmələrinə məxsus PUA-nın məqsədyönlü hücumu nəticəsində "News.ru" informasiya portalının hərbi müxbiri Nikita Tsitsaqi DXR-də (qondarma Donetsk Xalq Respublikası - red.) öz peşə borcunu yerinə yetirərkən öldürülüb", - şərhdə vurğulanıb.

Rəsmi nümayəndənin sözlərinə görə, Ukraynanın buraxdığı dron Vuhledar yaxınlığında reportaj hazırlayarkən rusiyalı jurnalisti qəsdən vurub.

Zaxarova qeyd edib ki, bu, bir həftə ərzində "oxşar üslubda media işçilərinə qarşı ikinci hücumdur":

"İyunun 13-də NTV-nin çəkiliş qrupu ukraynalı yaraqlıların PUA-sından atəşə tutulub, nəticədə operator Valeri Kojin həlak olub, müxbir Aleksey İvliyev isə ağır yaralanıb".


SON XƏBƏRLƏR