• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Attalın istefası qəbul olundu

DÜNYA

16 Iyul 2024 | 21:13 | Müəllif: Subhan Mahmudov

Attalın istefası qəbul olundu

Fransa prezidenti Emmanuel Makron prezident partiyasının seçkilərdə məğlub olmasından sonra baş nazir Qabriel Attalın istefasını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa KİV-i yazıb.

Qeyd olunur ki, Nazirlər Kabineti hələlik eyni tərkibdə fəaliyyətini davam etdirəcək.

Attal iyulun 8-də parlament seçkilərindən sonra istefa ərizəsini Makrona təqdim edib.

Xatırladaq ki, Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərdə “Yeni Xalq Cəbhəsi” solçu koalisiyası ölkə Milli Assambleyasında 577 yerdən 182-ni əldə edərək qalib gəlib. Prezident Emmanuel Makronun “Respublika naminə birlikdə” koalisiyası 168 mandat qazanaraq ikinci yerdə qərarlaşıb. Respublikaçı müttəfiqləri ilə birlikdə sağçı "Milli Birlik" partiyası 143 mandat qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026