• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Litvanın yeni baş nazirinin adı məlum oldu

DÜNYA

16 Iyul 2024 | 22:21 | Müəllif: Subhan Mahmudov

Litvanın yeni baş nazirinin adı məlum oldu

Litva Seymi (parlamenti) Prezident Gitanas Nausedanın təklifi ilə İnqrida Şimoniteni respublikanın Baş naziri vəzifəsinə təsdiqləyib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, plenar iclasda bunun lehinə 70 deputat səs verib, 28 nəfər əleyhinə olub, 23 deputat isə bitərəf qalıb.

Yeni hökumət təxminən üç ay fəaliyyət göstərəcək. Oktyabrda növbəti parlament seçkiləri keçiriləcək və bundan sonra yeni kabinet formalaşdırılacaq.

İ.Şimonitenin sözlərinə görə, qalan müddətdə təhsil, təhlükəsizlik və enerji sahələrində hökumət proqramı üzərində işləri başa çatdırmaq lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026