• Bakı 23° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Paşinyandan atəşkəslə bağlı Azərbaycana TƏKLİF

DÜNYA

17 Iyun 2024 | 09:16

Paşinyandan atəşkəslə bağlı Azərbaycana TƏKLİF

"Təklif edirəm ki, Azərbaycan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırsın".

Bakıvaxtı.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan son günlər Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan tərəfindən atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlara münasibət bildirərkən deyib.

Paşinyanın sözlərinə görə, mövcud vəziyyət həllini tələb edir. Baş nazirin sözlərinə görə, razılaşma olarsa, mexanizmi işə salmaq çətin deyil.

Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, iyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusu həmin istiqamətdə cavab tədbirləri görüb.


SON XƏBƏRLƏR

25 Iyun 2024