• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qərbin strategiyası iflasa uğradı - Siyarto

DÜNYA

17 Iyul 2024 | 01:10 | Müəllif: Subhan Mahmudov

Qərbin strategiyası iflasa uğradı - Siyarto

Qərbin Ukrayna istiqamətində strategiyası iflasa uğradı, döyüş meydanında vəziyyət ABŞ və AB-nin xeyrinə deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Aydındır ki, son iki il yarımdakı strategiya iflasa uğradı, çünki silah tədarükündən, sanksiyalardan asılı olmayaraq, döyüş meydanında vəziyyət heç də avropalıların və amerikalıların ümid etdiyi kimi yaxşı inkişaf etmir”, - deyə Siyarto bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026