• Bakı 13° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

"Turan Tovuz" rəhbərliyi OD PÜSKÜRDÜ: Hədəf Əliyar Ağayevdir

İDMAN

03 Aprel 2026 | 20:55

Turan Tovuz rəhbərliyi OD PÜSKÜRDÜ: Hədəf Əliyar Ağayevdir

"Turan Tovuz"un prezidenti Ehtiram Quliyev Futbol üzrə Azərbaycan Kubokunda baş tutan "Zirə" ilə son qarşılaşmadan sonra hakimliklə bağlı olduqca kəskin və qalmaqallı açıqlamalar verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, oyunun baş hakimi Əliyar Ağayevin idarəçiliyindən narazı qalan mütəxəssis komandasının haqqının tapdalandığını bildirib.

Mətbuat konfransında emosiyalarını gizlədə bilməyən Abbasov hakimlərin qərarlarının bir illik əməyi yerlə-yeksan etdiyini vurğulayıb:

"Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq! Suyu necə istəyirlər içsinlər, amma bizim haqqımızı içməsinlər. Oyunçuların bir illik əziyyəti bir gündə yerə vurulur. Bu, artıq dözülməzdir".

Ehtiram Quliyev Əliyar Ağayevin "Turan Tovuz"un oyunlarına təyin olunmasından əvvəlcədən narahat olduqlarını və bu narahatlığın əsassız olmadığını qeyd edib:

"Xüsusən Əliyarın oyunlarımıza təyinatından belə hallar gözləyirdik. Bundan əvvəlki səhvlərindən sonra bizə 'insanıq, səhv etmişəm' mesajı göndərilmişdi. Uşaqların alın təri, haqqımız Əliyara haram olsun!".

Prezident  hakim səhvlərinin klubların inkişafına mane olduğunu və futbolun gələcəyini təhlükəyə atdığını bildirib. O, belə şəraitdə futbolçu transfer etməyin və təlim-məşq toplanışlarına vəsait ayırmağın mənasız göründüyünü vurğulayıb:

"Biz səssiz qaldıqca 'Əliyargillər' futbolumuzu bu günə qoyacaq. Belə davam edəcəksə, investisiya qoymağın, əziyyət çəkməyin heç bir anlamı yoxdur. Azərbaycan futbolu bu cür idarəçilikdən canını qurtarmalıdır".

Sonda "Turan Tovuz" azarkeşlərinə səslənən Quliyev, onları səssiz qalmamağa və klubun haqqını müdafiə etməyə çağırıb.

Murad İsmayıl


SON XƏBƏRLƏR