• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

"Microsoft" Yaponiyaya 10 milyard dollar investisiya yatıracaq

DÜNYA

03 Aprel 2026 | 13:46

Microsoft Yaponiyaya 10 milyard dollar investisiya yatıracaq

"Microsoft Corp." 2026-2029-cu illər üçün Yaponiyaya 10 milyard dollarlıq investisiya paketi ayırıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Şirkətin açıqlamasına görə, vəsait ölkədə bulud və süni intellekt infrastrukturunun inkişafına, eləcə də mütəxəssislərin hazırlanmasına sərf olunacaq.

"Microsoft" həmçinin Yaponiyada kibertəhlükəsizlik sahəsində dövlət-özəl sektor tərəfdaşlığına investisiya qoymağı və 2030-cu ilə qədər ölkədə 1 milyondan çox mühəndis, proqramçı və mütəxəssis yetişdirməyi planlaşdırır.

İnvestisiya planı "Microsoft" prezidenti Bred Smitin Yaponiyaya səfərindən sonra açıqlanıb.

Qeyd edək ki, "Microsoft" Yaponiyanın "Sakura Internet Inc." və "SoftBank Corp." şirkətləri ilə əməkdaşlıq edərək, qrafik emal qurğuları və digər hesablama resursları ilə təmin edir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR