• Bakı 13° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Fransa ordusu münaqişələrə hazırlaşır

    DÜNYA

    03 Aprel 2026 | 12:32

    Fransa ordusu münaqişələrə hazırlaşır

    NATO-nun şərq qanadının gücləndirilməsi və xüsusi komandanlığın yaradılması məqsədilə keçirilən “Orion təlimi” ilə Fransa hərbi qüvvələrini yeni strateji mühitə uyğunlaşdırır.

    Bakıvaxtı.az xəbər verir ki, bu ölkə ordusu Avropada yüksək intensivlikli münaqişələrə hazırlığını artırır. Bu, qitənin sərhədlərində əsas təhlükələrin yenidən ortaya çıxması ilə bağlıdır.

    Mediaya açıqlama verən Fransanın quru qüvvələrinin və əməliyyatların komandiri general Filip dö Montenon təhlükəsizlik vəziyyətinin dəyişdiyini və ölkənin hərbi qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsinin vacib olduğunu vurğulayıb.

    Bildirilib ki, Fransa bu çərçivədə Avropada hərbi güc rolunu və NATO çərçivəsində müttəfiqlik öhdəliyini gücləndirmək, eləcə də sürətli və koordinasiyalı müdaxilə imkanını artırmaq niyyətindədir. Bu tədbirlərin mərkəzində təxminən 80 min hərbçidən ibarət quru qüvvələri dayanır. Onların əməliyyat hazırlığı yüksək intensivlikli döyüş ssenarilərinə uyğunlaşdırılır. Bu ssenarilər ağır hərbi texnika, yüksək səviyyədə sursat istifadəsi və qabaqcıl texnoloji mühit (dronlar, rəqəmsal və robotlaşdırılmış sistemlər) tələb edir. Bu çağırışlara cavab olaraq, Fransa “Avropa üçün Quru Qüvvələri Komandanlığı”nı yaradacaq. Bu komandanlıq NATO-nun şərq qanadında, xüsusən Estoniya və Rumıniyada əməliyyatların koordinasiyasına cavabdeh olacaq. Yeni komandanlıq, siyasi-hərbi strategiya ilə taktiki fəaliyyət arasında əməliyyat səviyyəsində fəaliyyət göstərəcək və NATO, Avropa İttifaqı və müttəfiq ordular arasında koordinasiyanı yaxşılaşdırmağı hədəfləyir.

    “Orion 2026” təlimi bu dəyişikliklərin mərkəzi mərhələsini təşkil edir. Çoxfaza şəklində aparılan bu genişmiqyaslı təlim Fransanın hərbi qüvvələrinin yüksək intensivlikli müharibə ssenarilərində, o cümlədən NATO komandanlığı altında əməliyyat qabiliyyətini sınamaq məqsədi daşıyır./Azərtac


    SON XƏBƏRLƏR