• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Daş Salahlıda külək məktəb binasına zərər vurdu - FOTO

CƏMİYYƏT

03 Aprel 2026 | 11:27

Daş Salahlıda külək məktəb binasına zərər vurdu - FOTO

Aprelin 2-də axşam saatlarında Qazax rayonu Daş Salahlı kəndi Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı güclü küləyin təsiri nəticəsində aşınaraq qopub.  

Bakıvaxtı.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət halı qeydə alınmayıb. 

Məktəbdən bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə həmin giriş müvəqqəti bağlanıb və alternativ girişdən istifadə olunur. Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


SON XƏBƏRLƏR

02 Aprel 2026