• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

1600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

CƏMİYYƏT

03 Fevral 2025 | 11:35

1600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən bildirilib.

Məlumata görə, 2023-cü ilin dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə əlilliyi olan 1600-dən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanırlar.

Məntəqədə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 800-dən çox reabilitasiya vasitəsi də verilib.


SON XƏBƏRLƏR