“Rusiyanın Ukraynaya vəhşicəsinə soxulması, işğalı genişləndirilməsi cəhdindən 1 il keçir. Ukrayna xalqının “rus ayısı” qarşısında 1 il qəhrəmancasına dözməsi, hətta çox ciddi müqavimət göstərməsi hamı üçün gözlənilməz olsa da, Ukrayna xalqı üçün sürpriz olmadı”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Ekspert qeyd edib ki, öz torpaqları, haqq işi, işğala qarşı mübarizə aparan xalqların motivasiyası həmişə daha güclü olur:
“Bu gün ukraynalıların ən böyük silahı bir tək Qərbin hərbi yardımları deyil də, məhz motivasiyalarıdır. Rusiyanın işğalçı müharibəsinin ildönümündə bütün dünyadan Ukraynaya dəstək mesajları, Kiyevə səfərlər artır".
N.Cəfərli qeyd edib ki, Ukrayna xalqı bu gün bir tək öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda deyil də, bütün post-sovet məkanı üçün mübarizə aparır.
Nuranə Daxilqızı









jpg-1679720586.webp)



jpg-1679686959.webp)


