• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirdi

DÜNYA

25 Mart 2023 | 00:16

Hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirdi

Rumıniyada 1 000-ə yaxın ehtiyatda olan hərbi qulluqçu, polis əməkdaşları, cəzaçəkmə müəssisəsinin işçiləri maaş və pensiyaların artırılması tələbi ilə paytaxt Buxarestdə nazirliklərin binaları qarşısında etiraz aksiyası keçirib.

Bakıvaxtı.az “Agerpres” agentliyinə istinadən xəbər verir ki, etiraza həm də parlamentin hazırda müdafiə, hüquq-mühafizə və milli təhlükəsizlik sahələrində pensiyaların azaldılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarması səbəb olub.

Nümayiş hökumətin, Daxili işlər, Əmək, Maliyyə və Ədliyyə nazirliklərinin binaları qarşısında keçirilib. Nümayişçilər əllərində “Biz sizin bacarıqsızlığınızın quluyuq”, “Biz partiyanı yox, ölkəni müdafiə edirik” və “Sizi müdafiə edənlərə xor baxmayın” şüarları yazılmış plakatlar qaldırıblar.

Aksiya Təqaüdçü Hərbi Birlik və Polis və Müqavilə İşçilərinin Milli Birliyi (SNPPC) tərəfindən təşkil olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026