Füzuli rayonunda 17 yaşlı gənc kanalda batıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, FHN-nin "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. Xəbərə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
















