• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakı-Qazax yolunda zəncirvari qəza: Ölən var

HADİSƏ

14 Iyul 2022 | 10:35 | Müəllif: Qalib İbrahimoğlu

Bakı-Qazax yolunda zəncirvari qəza: Ölən var

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirişlib.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 137 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib. Həmçinin, Bakı-Qazax avtomobil yolunda “DAF” markalı yük, “Mercedes” və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1978-ci il təvəllüdlü Sadıqov İlham Əli oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026