• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Neftçalada mərkəzi bazar yanıb

HADİSƏ

13 Avqust 2022 | 09:03

Neftçalada mərkəzi bazar yanıb

Neftçala rayonunda mərkəzi bazarda yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə gecə saat 03:30 radələrində qeydə alınıb.

Belə ki, rayonun mərkəzi bazarında yanğın başlayıb. Qısa müddətdə alovun əhatə dairəsi daha da genişlənib.

Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinə məxsus dörd yanğınsöndürən avtomobili və xeyli canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı mərkəzi bazarın 100 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.(report)


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025