• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

HADİSƏ

11 Sentyabr 2022 | 22:43

Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Əvəz Zeynallının vəkili Aqil Layıc feysbuk hesabında yazıb.

“Əvəz Zeynallının həbs edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti özəl poçt xidmətinə təqdim edilib. Sabah Binəqədi rayon Məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib”, - vəkil qeyd edib. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR