Ağstafada azyaşlını maşın vurub.
Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2006-ci il təvəllüdlü Nəsib Orucovu vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib,vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
















