• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Azyaşlı qardaşlar siçan dərmanı içib öldü

HADİSƏ

10 Noyabr 2022 | 17:10

Azyaşlı qardaşlar siçan dərmanı içib öldü

Bakıda iki azyaşlı qardaş bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az  xəbər verir ki, 2 gün əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində 5 və 3 yaşlı iki uşaq siçan dərmanından zəhərləniblər. Qardaşlar xəstəxanaya çatdırılsa da, vəfat ediblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Manset.az-ın məlumatına görə isə həmin uşaqlar siçan dərmanını “Jelibon” bilərək yeyiblər və yerə yıxılıblar. Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR