• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN və DSX-dən birgə əməliyyat: İran vətəndaşları saxlanıldı

HADİSƏ

10 Dekabr 2022 | 10:52

DİN və DSX-dən birgə əməliyyat: İran vətəndaşları saxlanıldı

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılmışlar.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. 

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026