• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ələt-Astara magistralında dəhşətli qəza - ÖLƏN VAR

HADİSƏ

09 Yanvar 2023 | 10:28

Ələt-Astara magistralında dəhşətli qəza - ÖLƏN VAR

Salyanda iki "Kamaz" markalı maşının toqquşması nəticəsində ölən sərnişinin şəxsiyyəti müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, qəzada ölən şəxs Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Kiçibəyov Rahid Elibəyi oğludur. Qəzada xəsarət alan sürücü isə hazırda komadadır. /APA

***

Salyanda iki "Kamaz" markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu açıb, un kisələri yola tökülüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. /APA

***
Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük maşınlarının toqquşması nəticəsində sürücü ölüb, sərnişin isə komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA


Ələt-Astara magistralında dəhşətli qəza - ÖLƏN VAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026