• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda hoteldə transseksualları döydülər

HADİSƏ

09 Yanvar 2023 | 09:52

Bakıda hoteldə transseksualları döydülər

Bakıda hotellərdən birində insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən “AEF” hoteldə cinsi azlıq nümayəndəsi (transseksual) olan iki gənc döyülüb. Belə ki, hotelə dəvət edilən 2005-ci il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü S.Ş. görüşdükləri şəxslərin hücumuna məruz qalıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər üzləşdikləri hadisə barədə polisə məlumat veriblər. Onlar daha sonra 41-ci Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

İlkin araşdırmalardan sonra cinsi azlıq nümayəndələrini döyən şəxslərin Qazaxıstan vətəndaşı, 1993-cü il təvəllüdlü N.Zakirov və Gəncə sakini, 1996-cı il təvəllüdlü A.Həbillahov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026