• Bakı 25° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO -YENİLƏNİB

HADİSƏ

10 Dekabr 2022 | 11:29

Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Qaradag rayonu, Lökbatan qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

***

09:44

Bu gün səhər saatlarında Bakı şəhərində çoxmərtəbəli binada yanğın baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksində, bina 12, blok 2-də qeydə alınıb.  

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026