• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Sürücünü bıçaqla hədələyib pulunu alan şəxs saxlanıldı

HADİSƏ

09 Yanvar 2023 | 11:10

Sürücünü bıçaqla hədələyib pulunu alan şəxs saxlanıldı

Sumqayıtda sürücünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Mehdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun yanvarın 3-də H.Z.Tağıyev qəsəbəsi ərazisində sərnişin qismində olduğu “Opel” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talaması da müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR