• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycanlı hərbçinin ölümünə RƏSMİ REAKSİYA

HADİSƏ

10 Noyabr 2022 | 12:50

Azərbaycanlı hərbçinin ölümünə RƏSMİ REAKSİYA

Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

 

12:15

Müdafiə nazirliyinin zabiti ürəktutmasından vəfat edib. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə onun hərbçi dostu məlumat verib. 

Bildirilir ki, məzuniyyətdə olan Cavan Baxışov mayor idi. 

O, bu gün ikinci Fəxri Xiyabanda dəfn olunacaq. 

Hərbçi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. /Unikal


Azərbaycanlı hərbçinin ölümünə RƏSMİ REAKSİYAAzərbaycanlı hərbçinin ölümünə RƏSMİ REAKSİYA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026