Bakının Sabunçu rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Əliyev Ramin Füzuli oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya catdırılıb.
Faktla bağlı araşdırma aparılır. /Report
















