• Bakı 13° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Kürdəmirdəki yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

HADİSƏ

11 Sentyabr 2022 | 22:47

Kürdəmirdəki yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Kürdəmirdə baş verən yol qəzasında ölən şəxsin kimliyi bəlli olub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu, sürücü, Bakı sakini 29 yaşlı Bəkirov Rauf Kamal oğludur.

O, təcili tibbi yardım maşınının köməyi ilə ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, R.Bəkirovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb.

Minik avtomobili bundan sonra yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

*** 22:04

Kürdəmirdə zəncirvari yol qəzası baş verib.

Bakıvaxtı.az-ın report-a istinadən xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb.

Minik avtomobili bundan sonra yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı "Hyundai"ın sürücüsü və onun sərnişini müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Kürdəmirdəki yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİBKürdəmirdəki yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİBKürdəmirdəki yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026