• Bakı 11° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

17 yaşlı oğlanı öldürən şəxsin cəzası azaldıldı

CƏMİYYƏT

26 Noyabr 2025 | 11:33

17 yaşlı oğlanı öldürən şəxsin cəzası azaldıldı

Gəncə şəhərində 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb.

Bakıvaxtı.az Oxu.Az-a istinadən məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində 17 il müddətinə azadlıqdan məhrum edilən təqsirləndirilən şəxs, 1984-cü il təvəllüdlü Azər Mövsümovun Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə şikayət qismən təmin edilib. Qərara əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə A.Mövsümovun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və onun cəzası 17 ildən 13 ilə endirilib.

Xatırladaq ki, hadisə Gəncə şəhəri, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Azər Mövsümov aralarında yaranmış mübahisə nəticəsində 17 yaşlı Həsən Novruzovu bıçaqlayıb. Yaralı Abbas Səhhət adına xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. H.Novruzov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mövsümov 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.


SON XƏBƏRLƏR

25 Noyabr 2025