• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlandı - FOTO

CƏMİYYƏT

30 Avqust 2024 | 10:16

"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlandı - FOTO

Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "APA-Economics"ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xəttlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyatı yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026